ABŞ-ın 9 illik İraq cinayətləri

ABŞ-ın 9 ildə İraqa verdikləri: 
Öldürülən günahsız iraq vətəndaşları: 1,2 milyondan çox (2003-2007).
Ölkədən qaçan vətəndaşlar: 3,7 milyon (2003-2007).
Ailə üzvlərindən ən azı birini itirən iraqlı sayı: 8-12 milyon.

Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama İraq işğalının sona çatdığını bəyan etməsindən sonra İraqdakı ABŞ əsgərləri bu ölkəni tərk edərək, Küveyt ərazilərinə daxil oldular. Dünən (dekabrın 18-də) ABŞ-ın işğalçı ordusunun son hərbi karvanı da İraq ərazisini tərk etdi.  Beləliklə, ABŞ-ın 9 illik İraq cinayətləri sona çatdı.

Dünyanın əksər mətbu orqanları 9 ildə iraqda öldürülən dinc insanların sayının yüz mindən bir qədər çox olduğunu bildirir. Amma bir sıra beynəlxalq araşdırmalar bu göstəricinin reallıqdan 10 dəfə az olduğunu açıq-aşkar göstərir.

Dünyanın nüfuzlu həftəlik tibbi jurnalı – “Lancet” qeyd edir ki, təkcə 2003-2006-cı illərdə ABŞ və müttəfiqlər 654 min iraqlını qətlə yetirib. Jurnalın ilk hesabatı 29 oktyabr 2004-cü ildə nəşr edilmişdi. Həmin hesabatda 98 min (hesabatda deyilir ki, bu göstərici 194 minə qədər ola bilər) iraqlının öldüyü qeyd edilirdi. İkinci araşdırma 11 oktyabr 2006-cı ildə aparıldı. Bu dəfə 654 min (940 minə qədər ola bilər) iraqlının qətlə yetirildiyi sübut edildi.

Nüfuzlu “The Guardian” qəzeti isə iraqda həlak olanların sayı barədə daha dəhşətli faktlar ortaya qoyub. “Opinion Research Business” Mərkəzinə istinadla yayılan xəbərə görə, 2007-ci ilədək İraqda 1,2 milyon insan qətlə yetirilib.

Həmçinin keçirilən sorğuların nəticələrinə görə, hər dörd iraqlıdan biri, Bağdadda isə hər iki iraqlıdan biri ailə üzvlərindən birini itirib. Təkcə dörd il ərzində 3,7 milyondan çox iraqlı ölkədən gedib. Həmçinin sorğu nəticələrinə görə, ölən iraqlıların 48%-i odlu silahla, 20%-i avtomobillərə yerləşdirilmiş bombaların partlaması nəticəsində, 9%-i də hava hücumları nəticəsində həyatını itirib.

Həmçinin bu 9 ildə ABŞ 4 500 (bəzi mənbələrdə 6 000) əsgərini də həlak etdi.

Rza KAMİL
Deyerler.org

Advertisements

One response to this post.

  1. […] ABŞ-ın 9 illik İraq cinayətləri – Bir araşdırma yazısı idi. ABŞ-ın 2 milyon günahsız iraqlını öldürməsi ilə bağlı yazıdır. […]

    Cavabla

Fikrinizi bildirin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: