Dünən axşam evə gedərkən çox sevindirici bir hadisə ilə rastlaşdım. İstəyirəm ki, onu sizinlə də bölüşüm. Metroya minmişdim ki, birdən yanınmda dayanan insana göüzm sataşdı. Onlardan idi. Necə sevindiyimi izah edə bilmərəm. Çünki hazırda bütün sosial şəbəkələrdə onlar haqda danışılır, onlar haqda müzakirələr gedir. Continue reading
19 Apr
“Eurovision” meyxanası…
13 Apr
Friday the 13th…
(Bir şey olsa xəbər eliyin!)
Cümə gününün ayın 13-nə təsadüf etməsini bədbəxtlik sayanlar, narahat olmayın, vallah bir şey olan deyil. Yanvarın 13-ü də cümə gününə təsadüf elədi, xatırlayırsınızsa. Bu gündən qorxan neçə nəfər sosial şəbəkə dostumdan növbəti gün soruşdum, “nəsə baş verdimi?” deyə, “yox” dedilər. Continue reading
18 Mar
Söyüş söyənə və ona dəstək olanlara!
GHMK-nin təşkil etdiyi 17 mart aksiyasının əsas müzakirə mövzusu olan “söyüş və qeyri-etik əl işarəsi” məsələsinə haqq qazandıranların diqqətinə!!! O söyüş söyən rokerin, həmçinin ona dəstək olanların öz analarının yanında həmin söyüşləri işlətdiklərini, həmin hərəkətləri etdiklərini, bunu normal qarşıladıqlarını anladım. Continue reading
17 Mar
17 mart aksiyası: müsbət & mənfi
Ölkənin müxalif düşərgəsinin aparıcı gənclər təşkilatları və hərəkatları bu gün razılaşdırılmış aksiya keçirdilər. Aksiya bir neçə önəmli məqamla yadda qaldı.
Birinci önəmli məqam odur ki, hava bu gün səhər saatlarından etibarən kəskin qoyumuşdu, güclü qar yağırdı. Qar demək olar ki, aksiya başlamasına – 15.00-a qədər yağmaqda davam etdi. Amma buna baxmayaraq meydana mindən artıq gənc toplaşdı. Continue reading
6 Mar
Avropalılardan ağıllısız, “8 Mart” qeyd edirsiz?
Avropaya inteqrasiya kifayət qədər ciddi və önəmli mövzulardandır. Baxmayaraq ki, hazırda ölkədə “Avropaya inteqrasiya” adlı söz birləşməsinin zibilini çıxarıblar, amma qərbə inteqrasiya etməli həddən çox sahələrimiz var. BDU-nun, ADİU-nun və digər ali məktəblərimizin Harvard, London Kral İnstitutu kimi təhsil ocaqlarına oxşaması, vətəndaşlarımızın həyat tərzinin, yaşayış normalarının Norveçdə, Finlandiyada Continue reading
28 Feb
CHAT+TANISHLIQ FORUM+ETİRAFLAR
“CHAT+TANISHLIQ FORUM+ETİRAFLAR” - 5 min olar? məncə daha çoxdu. söhbət bu tipli çağırışlarla tanıdılan, Azərbaycanda istifadədə olan wap saytlardan gedir. Metroya bir dəfə daxil olanda 40-50 belə wap sayt ünvanı görmək olur. Doğrusu indiyədək həvəsim olmayıb ki, daxil olub görüm hansı menyular var orda. Amma təxmin edə bilirəm hansıların olduğunu. Continue reading
21 Feb
EVDƏN QAÇAN QIZLARIN FACİƏSİ – Ümummilli SOS siqnalı!
Bir neçə gün öncə Kürdəmirdə evdən qaçmış 3 qız barədə xəbər demək olar ki, bütün ölkənin gündəminə çevrilib. Mən şəxsən həmin qızların, onların ailələrinin KİV-də bu qədər çox işaqlandırılmasının əleyhinəyəm. Bəli, çox məyusedici bir hadisədir, amma həmin şəxslərin səhər-axşam TV-də göstərilməsi, adlarının mətbuatda tez-tez hallandırılması müsbət bir şey deyil. O ailələr zatən yaşayacaqları faciəni yaşayıblar, üstəlik Continue reading
20 Feb
İCTİMAİ BİRLİKLƏR VƏ GƏNCLƏR TƏŞKİLATLARI, SEVİNİN!
Çiçəklənən vətənimizdə fəaliyyət göstərən saysız-hesabsız təşkilat və ictimai birliklərə daha birisi əlavə olundu. Bu münasibətlə bütün təşkilatları və birlikləri təbrik edirəm. Bu, ölkəmizin hansı sürətlə inkişaf etdiyinin, ölkə ictimaiyyətinin, xüsusən də gənclərin necə doğru siyasət apardığının bariz nümunəsidir. Təşkilatın adını da deyim, nəyə sevindiyimiz daha da aydın olsun: Övladlarını orduda itirənlərin yaratdığı “Atəşkəs qurbanları” İctimai Birliyi! Continue reading
